Qırmızı.az
Azərbaycanda təhlükəli statistika: 422 xəstə ölüb
“Azərbaycanda ötən il 422 xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib”.
Bunu AzVision.az-ın sorğusunu
cavablandırarkən Səhiyyə Nazliriyinin mətbuat xidmətinin rəhbəri
Anar Qədirli deyib. O bildirib ki, 2013-cü il ərzində ölkə
ərazisində tibb müəssisələrində 170 min 755 cərrahi əməliyyat
keçirilib.
Nazirlik rəsmisinin sözlərinə görə, dünyasını
dəyişən xəstələrdən neçəsinin həkim səhvi ucbatından ölməsi barədə
məlumat yoxdur.
“Bunu tibbi ekspertizanın komissiyası müəyyən
edir”.
Xəstə yaxınları tərəfindən nazirliyə mürcaiətlərin
sayına gəlincə isə Anar Qədirli deyib ki, 2013-cü il ərzində 28
şəxs haqqında müraciət daxil olub və bu şikayətlərin hamısı
araşdırılıb: “Müalicə prinsiplərinin pozulması ilə bağlı 7 hal
aşkarlanıb və bu, tibbi ekspertizanın komissiyyasında müzakirə
edilib. Ümumilikdə 35 tibb işçisi müxtəlif dərəcəli administrativ
cəzalara cəlb olunub”.
Nazirlik rəsmisi həmçinin qeyd deyib ki, müalicə
zamanı səhvə yol verən həkimlərlə bağlı müxtəlif cəzalar müəyyən
edilib.
“Əgər həkim xəstənin ölümünə səbəb olubsa, birinci
növbədə həmin həkim işdən azad olunacaq. Bundan sonra həmin məsələ
ilə prokurorluq məşğul olur. Digər hallarda isə, yəni həkim səhvi
ölümlə nəticələnməyibsə, bu zaman xəbərdarlıqdan tutmuş cərrahiyə
əməliyyatlarından uzaqlaşdırılmaya qədər cəzalar
verilir”.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB