Qırmızı.az
“Doğma torpaqlarımızın ruhunu Bakıya gətirəcəyəm” - MÜSAHİBƏ
Dağlıq Şor bölgəsinin ən ünlü milli musiqi ifaçılarından biri olan Çıltıs Tannaqaş may ayının 2-də Bakıda keçiriləcək “Türklük Şöleni”nə qatılmaq üçün Azərbaycana gələcək.
Son illərdə füsunkar ifa üslubu ilə Türkiyə, Saka (Yakutiya), Dağlıq Şor, Tuva, Hakas, Qazaxıstan, Qırğızıstan ve Altayda keçirilən musiqi festivallarında dinləyicilərin ürəklərini fəth edən, konsert salonlarında musiqisevərlərin ruhunu vəcdə gətirən sənətçi atev.az-a müsahibə verib.
- Çıltıs xanım, bu, sizin Bakıya ilk gəlişinizdir. Bunu necə qəbul etdiniz?
- Məni Bakıda keçiriləcək “Türklük Şöleni”nə dəvət edən
“Azərbaycan-Türkiyə Evi” təşkilatının başqanı, Türk Dünyasında öz
sözü, çəkisi və dəyəri ilə tanınan Tənzilə xanım Rüstəmxanlıya və
ATEV başqanı yardımçısı Cahandar bəyə sayğılarımı bildirirəm. Bakı
və Azərbaycanla bağlı tanışlığım qiyabidir. Belə ki, Qazaxıstan ve
Qırğızıstanda yaşayan soydaşlarınızın yardımı ilə məndə
Azərbaycanla bağlı çox gözəl təsəvvürlər yaranıb. Haraya gedirəmsə,
mənsub olduğum Şor Türklerinin milli musiqisini ve kültürünü həm
tanıtdırmağa, həm də sevdirməyə çalışıram. Bakıya gəlişimin bir
səbəbi də oranın Türk Dünyası üçün önəmli bir mərkəz olması ilə
bağlıdır. Tarixdə birinci Türk Qurultayı məhz Bakıda, 1927-ci ildə
keçirilib. O dönəmdə bütün Türk Dünyası bir araya gələrək ortaq
əlifbaya keçmək haqqında qərar verib. Aradan illər keçsə də, bu
enerji heç bir zaman tükənməyib. Türk Dünyasının hər bir bölgəsində
həmin enerji ilə qarşılaşmaq mümkündür, ancaq Bakı şəhəri müstəsna
rol oynayır. Çünki Bakı həm də elmi baxışların akademiyası, beyin
mərkəzidir. Mənim yaşadığım Dağlıq Şor bölgəsi Gök Tanrı inanc
kultunun kültür və musiqisinin qorunduğu və bu günlərə kimi davam
etdiyi bir məkandır. İnanıram ki, Bakıda ruhumuzla düşüncəmizin
bütün olduğunu hər kəs duya biləcək.
- Şor Türklərinin çağdaş kültürünün gəlişmə durumu hansı
metodlara bağlıdır? Siz mənsub olduğunuz toplumun bu yöndəki
durumundan razısınızmı?
- Bilirsinizmi, çok zaman bizə yalnış baxışlarla maraq göstərilir. Şor Türklərini azsaylı Sibir toplumlarından biri kimi qəbul etmək iddiaları vardır. Əslində bütün bunlar tamam yalnış yanaşmadır. Biz Şor Türkleri olaraq 350 milyonluq Türk Dünyası ailəsinin bir parçasıyıq. Bununla sizlər necə qürur duyursunuzsa, eynilə bizlər də həmin dəyəri qəbul edirik. Şor Türkləri digər qardaş toplumlardan fərqli olaraq, əski türk inanclarını və onun kültürünü bu günə kimi qorumuşdur. Bizlərdən də çox şeylərin öyrənilməsi indiki şərtlər içində tələb olunur. Heç kimsəyə sirr deyil ki, Türk Dünyasında fərqli inanclar: buddizm, xristianlıq, islam, iudaizm və digər inanclar mövcuddur. Ancaq, bunun türk toplumları arasında hər hansı bir ayrımçılığa səbəb ola biləcəyini sanmıram. Mən sənət adamı kimi bunun canlı şahidlərindən biriyəm. Çağdaş anlamda kültürümüzün və mənəvi dəyərlərimizin gəlişməsinin təməlli yolunu ənənəvi inanc kultu olaraq irəli sürmək ən doğru olanıdır. Çünki bizlər fərqli inanclara və estetik görüşlərə sahib olsaq da, genetik baxımdan heç bir zaman dəyişməmişik. Şor Türklərinin çağdaş kültürünün təməlində də məhz bu dəyərlər dayanır. Milli folklorumuz və ənənəvi baxışlar hər zaman olduğu kimi, bu gün də bir-birlərini tamamlayan əsas dəyərdir. Əlbəttə keyfiyyətli türküləri və əzgiləri ifa etməklə mən geniş dinləyici kütləsini həmin dəyərlərin özləmli dünyasına qatmağa çalışıram.
- Sizin ifanızda səslənən türkülər tamaşaçılar tərəfindən
necə qəbul edilir? Bu üslubda ifaçılıq tərzi və musiqi onlara təsir
edə bilirmi?
- Mən öz sənət təcrübəmdən deyə bilərəm ki, artıq ciddi tamaşaçılar
populizmden çok yorulublar və hətta usanıblar. Artıq bu proses
cəmiyyətdəki digər təbəqələrə də sirayət etməyə başlayıb. Bu
yaxınlarda, yani mart ayının 12-də Qırğızıstanın paytaxtı Bişkekdə
öz sənət dostlarım Yuliyana Krivoşapkina və Aleksandr İaçkovski
(Saka-Yakutiya), İrina Kenzina və Marina Saksaeva (Dağlıq Altay),
Fatima Sultanova və Kenjebek Sadırbekovla (Qırğızstan) birlikdə
konsert proqramı ilə çıxış etdik. Konsertlərimiz bir gün deyil, on
gündən çox davam etdi. Demək olar ki, dinləyicilər və
musiqisevərlər bizi rahat qoymurdular. Onlar ucuz, bayağı və üç
günlük dəbdə olan, çok asanlıqla unudulan mahnılardan usandıqlarını
səmimi şəkildə etiraf edirdilər. Əski türk ruhunun melomanik
duyğuları insanlarda böyük bir coşqu yaratmışdı. Hətta dövlət
adamları, nazirlər bizim konsertlərimizə böyük maraq göstərdilər.
Yerli televiziya kanalları və mətbuat yorulmadan bizlərin ifa
etdiyimiz türkülərin musiqi, harmonik və sənət dili ilə bağlı
suallarını yağış kimi yağdırırdılar. Gerçəkdən biz heç nə kəşf
etməmişdik. Sadəcə türkün etnokulturoloji dəyərlərinə söykənən
folkloru əsasında mahnılar və əzgilər ifa edirdik. Biz boş
vaxtımızda oturub olanları müzakirə edir və bunun sirrini
incələyirdik. Bəlli oldu ki, hər bir millətin genetik və qan
yaddaşının ruhu var. Bu təməlin üzərində köklənmək necə xoşdur.
İnsanlar həmin türküləri necə də heyranlıqla dinləyir və qəbul
edirlər. Fikrimcə artıq həmin dönəm çatıb. İnsanlar o musiqini
dinləmək istəyirlər ki, onun melodik harmoniyası insanların genetik
yaddaşını oyada bilsin. Bu, həm də oyanışmızın birliyi, diriliyi və
bütünlüyü deməkdir. Biz Bişkekdeki həyətimizle birlikdə güneşli
Bakıya gəlirik. Qırğızıstanda əldə etdiyimiz uğurların burada da
təkrar olunacağına çox inanıram.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...