"Erməniləri dinləməyə hazırıq" - Türkiyə səfirindən Әrdoğanın açıqlamasına MÜNASİBӘT
Bizi izləyin

Qırmızı.az

"Erməniləri dinləməyə hazırıq" - Türkiyə səfirindən Әrdoğanın açıqlamasına MÜNASİBӘT

"Ermənilər dinləməyə hazırıq" - Türkiyə səfirindən Әrdoğanın açıqlamasına MÜNASİBӘT

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" mövzusunda elmi konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir AYB, Türkiyə Yazıçılar Birliyi və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" Ictimai Birliyi tərəindən birgə təşkil olunub.

AYB-nin katibi Arif Әmrahoğlu bildirib ki, Azərbaycan ədəbiyyatında ermənilərə heç bir nifrət hissi aşılanmır: "Amma buna baxmayaraq erməni ədəbiyyatında bizlər yeterincə anti-türk siyasətinin təzahürlərini görə bilirik. Ermənilərin bizə qarşı törətdiyi qətliamlar tariximizdə yetərincə yer alıb".

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə deyib ki, ermeni diasporası və lobbiçilik fəaliyyəti nəticəsində 24 aprel Türk tarixinə qarşı təhdidlər olub. Onun sözlərinə görə, ermənilər bunu diaspora və xaricdən aldığı dəstək hesabına həyata keçirir: "Erməni diasporasının bu məsələ ilə bağlı təzyiq və fəaliyyəti açıq şəkildə göz önündədir. Ancaq hüquqi və siyasi anlamda da bu cür addımlar doğru və ədalətli deyil. Biz burada tarixin yüksək zəmində təhrif olunmasının şahidi oluruq. Ermənilərin bu cür adımlarının 2015-ci ilədək daha da artacağına şübhə etmirik. Ancaq ortada bir həqiqət və müzakirə var. Cənab baş nazirimizin ötən gün bununla bağlı verdiyi açıqlama da o dövrdə yaşanan ortaq acılarla bağlı idi. Biz öz tariximizə baxarkən ermənilər kimi anlayışsızcasına deyil, hümanist bir davranışla qarşı tərəfi dinləməyə hazırıq. Ancaq hörmətlə dinlənməyi də gözləyirik. Ustadımızın da dediyi kimi, bu yerlərdən nə azərbaycanlılar, nə də ermənilər getməyəcəksə, o zaman bu ortaq acıları bir kənara buraxaraq deyil, normal formada müzakirə edərək ortaq gələcəyə doğru irəliləməyin yolunu tapmaq məcburiyyətindəyik. Bunu isə döyülməklə deyil, xoş münasibət qurmaqdan yaranacaq bir gələcəkdir. Bu baxımdan da bizim əsl tariximiz güc mənbəyimizdir. Çünki ustadların da vurğuladığı kimi, nə siyasi həyatımızda, nə də ədəbiyyatımızda qarşı tərəfə nifrət hissləri yoxdur".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm