Yazın ən dəbli çanta modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ən dəbli çanta modelləri - FOTOLAR

2014-ün ən diqqət çəkən aksesuarlarından biri də torba çantalardır. 1900-cu illərdə moda dünyasında böyük sıçrayış edən torba çantalar yenidən dəbə qayıdıb. Əslində bu çantalar ilk dəfə 1932-ci ildə “Louis Vuitton” tərəfindən istehsal edilib. Louis Vitton tərəfindən istehsal edilən Noe modeli hazırda istifadə etdiyimiz halını alıb.

Torba çantaların istifadəsi rahat və əlverişli olduğu üçün xanımların qəlbinə yol tapa bilib. Bu çantaların iki tərəfli ipləri sayəsində indi onları həm kürəyə, həm də çiyinə taxmaq olur. Bu çanta modellərinin bohem tərzi daha populyardır. İri torba çanta modellərindən əlavə, kiçik modelləri də var. Məşhurlar arasında bu çantalardan Kate Bosworth, Miranda Kerr stilinin əsas detalıdır.

Bu mövsüm rok üslubunda tikilən geyimlərə də rast gələcəyik. Xüsusən də idman və rok üslubun qarışığı dəbdədir. Bu stili torba çanta ilə tamamlasanız, qüsursuz görünərsiniz. Publika.Az-ın qadın bölməsi yaz- və yay aylarında dəbə olan torba çanta modellərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm