SOCAR-dan yanğın açıqlaması: “Neft itkisi olmayıb”
Bizi izləyin

Qırmızı.az

SOCAR-dan yanğın açıqlaması: “Neft itkisi olmayıb”

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft çənində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd etmək lazımdır ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm