Metroda reklam bərpa ediləcək
Bizi izləyin

Qırmızı.az

Metroda reklam bərpa ediləcək

Metroda reklam bərpa ediləcək

Bakı Metrosunda reklam lövhələri yenidən bərpa ediləcək.

Bu barədə movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildiriblər ki, hazırda metrodakı reklamların yığışdırılması prosesi davam edir: "Hətta metrostansiyalarda proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra metroda reklam yerləşdirmək mümkün olacaq. Amma reklamlar daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada vurulacaq".

Mətbuat xidmətindən onu da bildiriblər ki, qatarlarda reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil: "Hazırda metroda təmizlik, restavrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm