“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik”
Bizi izləyin

Nida.az

“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik”

“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik”

“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyi aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Partiyanın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, 2005-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.

Türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb: “Ancaq çox təəssüf edirik ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu “soyqırımı” tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb”.

BAXCP sədri deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır: “Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin “erməni soyqırımı” günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm