AZAL Bakı aeroportunun yeni terminalının istismarı planını açıqladı
Bizi izləyin

Qırmızı.az

AZAL Bakı aeroportunun yeni terminalının istismarı planını açıqladı

Həm beynəlxalq, həm də daxili reyslər həyata keçirilərkən Heydər Əliyev Beynəlxalq Hava Limanının hər iki aerovağzal kompleksindən istifadə olunacaq. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin açılışında iştirak ediblər.

Yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini - "Airbus A 380"-ni qəbul edə bilir.

M.Səfərlinin sözlərinə görə, aeroportun hər iki aerovağzal kompleksi fəaliyyət göstərəcək və onların terminallarından həm xaricə, həm də ölkə daxilinə uçuşlar həyata keçiriləcək: "Yeni aerovağzal kompleksi artıq işə başlayır və daxili, eləcə də beynəlxalq reyslər həyata keçirən təyyarələrə xidmət göstərəcək".

Bu gün yeni terminaldan Bakı-Ankara və Bakı-Moskva reysləri yola salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm