Nida.az
Vitse-spiker qanun pozan məmur övladlarından danışdı
“İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir”.
Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Publika.Az-a açıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib.
Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur,
buna vətəndaş deyib bölgü aparılmamalıdır: “Əlbəttə, cənab
prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət
dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi
həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə
yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri
törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı,
bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız
davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin
qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər
cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və
buna uyğun hərəkət etməlidir. Bunu xüsusi bölgülərə, təbəqələrə
bölüb münasibət bildirməyin tərəfdarı deyiləm”.
B. Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil adi
vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib.
“Biz bilirik ki, Bakı küçələrində gecələr yalnız dediyiniz
şəxslər deyil, çox saylı bahalı olmayan, Rusiya istehsalı olan
digər maşınlarla adi vətəndaşlar tərəfindən də bu cür hərəkətlərə
yol verilir. Dəfələrlə bunun videolarının görmüşük, yol polis
əməkdaşlarını salmayan hərəkətləri etdiklərinin də şahidi olmuşuq.
Ona görə də bu cür hallara qarşı dözümsüz olmalıyıq. Hər bir
hadisəyə təbəqəyə bölmədən münasibət bildirməliyik. Amma doğru
olaraq prezidentin mövqeyi odur ki, bütün hallarda dövlət məmurları
və onların ailə üzvləri cəmiyyətə nümunə ola biləcək mövqe
sərgilməlidir. Çünki diqqət ilki növbədə onlara yönəlir. Bəzən
digərləri onların kölgəsində fəaliyyətlərini davam etdirirlər”-deyə
vitse-spiker vurğulayıb.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK