Moskva: “Qərb özünü “soyuq müharibə” qalibi kimi aparır”
Bizi izləyin

Dünya

Moskva: “Qərb özünü “soyuq müharibə” qalibi kimi aparır”

Moskva: “Qərb özünü “soyuq müharibə” qalibi kimi aparır”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa İttifaqını Ukraynada növbəti “rəngli inqilabı” həyata keçirmək cəhdində ittiham edib.

Publika.Az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, nazir Qərbin Ukraynanın taleyindən narahat olmadığını söyləyib.

Onun sözlərinə görə, Ukraynadan sadəcə olaraq geosiyasi oyunda piyada kimi istifadə etməyə çalışırlar. S.Lavrov həmçinin qeyd edib ki, “soyuq müharibə” dərslərindən heç də hamı nəticə çıxarmayıb. Rusiya xarici işlər naziri Qərbin, xüsusilə ABŞ-ın özünü “soyuq müharibə”nin qalibi kimi göstərməyə çalışdığını, bununla da Rusiyanın maraqlarına birbaşa zərər vurulduğunu ifadə edib.

Qərbdə aparılan antirus təbliğatına gəlincə, S.Lavrov bunun Ukrayna hadisələrindən əvvəl başlandığını deyib. O, ABŞ və Avropanın var gücü ilə Soçi Olimpiadasını “qaralamaq” cəhdini xatırladıb.

“Antirus təbliğatının arxasında heç də Ukrayna problemi dayanmayıb”, - Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm