Azərbaycanda ağır yol qəzası: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ağır yol qəzası: 1 ölü, 3 yaralı

Ötən gün Zaqatala rayonu ölümlə nəticələnən ağır yol qəzası baş verib.



Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Muxax kəndinin ərazisində qeydə alınıb.



Belə ki, Balakən şəhər sakini Ramin Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.



Qəza nəticəsində R.Həsənovun sərnişinlərindən biri, Balakən rayon sakini Məhərrəm Mehdili hadisə yerində ölüb. Sürücünün özü və digər sərnişinləri Füzuli Xəlilov və Fikrət Ağayev xəstəxanaya yerləşdiriliblər.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm