Kiyev Krımı susuz qoydu
Bizi izləyin

Dünya

Kiyev Krımı susuz qoydu

Kiyev Krımı susuz qoydu

“Bu il Krımın 120 min hektarlıq əkin sahəsində kənd təsərrüfatı məhsulları qismən və ya tamamilə məhv ola bilər”.

Publika.Az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov deyib.

Problem isə Krım ərazisinə suyun verilməsində yaranan məhdudiyyətlərlə bağlıdır.

Rusiya kənd təsərrüfatı nazirinin sözlərinə görə, Rusiya Krımın su ilə təchizatı barədə Ukraynaya yeni müqavilə imzalamağı və su üçün avans ödəməyi təklif edib. N.Fyodorov fermerlərin potensial itkilərin kompensasiya edilməsi üçün tədbirlərin görüləcəyini deyib. Nazir itkilərin 5 milyard rubl ola biləcəyini bildirib.

O, Krımın su probleminin yalnız 2-3 il sonra tamamilə həll olunacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm