Xocalının deputatı Ərdoğana etiraz etdi
Bizi izləyin

Qırmızı.az

Xocalının deputatı Ərdoğana etiraz etdi

Xocalının deputatı Ərdoğana etiraz etdi

Milli Məclisin Xocalıdan seçilən deputatı, Xocalı şəhər administrasiyasının keçmiş başçısı Elman Məmmədov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 23-də “erməni soyqırımı” günü ilə əlaqədar verdiyi başsağlığına münasibət bildirib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında deyib: “Baxmayaraq ki, Ərdoğan bunu etdi. Ancaq bundan betəri də edilsə, yenə də ermənilər öz iddiasından geri çəkilməyəcək. Dəfələrlə bu məsələ qoyulub. Mən fevral ayında Türkiyədə keçirdiyim görüşlərdə də onların siyasətçiləri ilə bu barədə söhbət etdim. Dedim ki, əgər siz ermənilərlə bütün diplomatik əlaqələri də bərpa etsəniz və sərhədləri açsanız belə, o zaman bunun müqabilində əminsinizmi ki, ermənilər qondarma soyqırım və ərazi iddiasından əl çəkəcək? Dedilər ki, xeyr, buna əmin deyilik. Baxın, reallıq da budur. Əgər erməni özünü düşmən kimi aparırsa, səninlə barışmırsa və sənə qarşı qondarma iddialarından əl çəkmirsə, o zaman sən ermənin qabağında nəyə görə geri çəkilirsən və əyilirsən? Şəxsən mən öz fikrimi deyirəm ki, Ərdoğanın ermənilərə qarşı bu jestini qəbul etmirəm. Bu bir növ sanki olmayan günahını etiraf etmək deməkdir. Ancaq Ərdoğan nə səbəbə məsələni belə qoymur ki, gəlin arxivləri açaq və sairə. Axı 1920-ci ilədək ermənilər Şərqi Anadolu və Azərbaycan ərazilərində nə qədər soyqırımlar törədiblər. Ermənilər nə qədər türk insanını məhv ediblər. Bütün bu soyqırımların hamısını ermənilər törətsə də, ancaq bu gün Ərdoğanın ermənilərlə kompramisə getməsi başa düşülən deyil. Bilmirəm Ərdoğan belə bir yola getməkdə nə məqsəd güdür, onu mən bilmirəm. Biz Türkiyə dövlətinin xarici siyasətinə də qarışa bilmərik. Sadəcə olaraq Azərbaycandan olan millət vəkili kimi deyirəm ki, Ərdoğanın bu hərəkəti mənim tərəfimdən qəbul edilməzdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm