Arvadının üzünə qaynar yağ töküb yandırdı
Bizi izləyin

Qırmızı.az

Arvadının üzünə qaynar yağ töküb yandırdı

Türkiyənin Adana şəhərində 70 yaşlı qoca kişi, yemək üstündə arvadını qaynar yağla yandırıb. Kişi sonradan isə özünü eyvandan ataraq intihar edib.



Kişi yuxudan oyanar-oyanmaz yağı qaynadaraq gecə mübahisə etdiyi həyat yoldaşı yuxuda olarkən üstünə tökərək yandırıb. Qoca bu hərəkətindən sonra özünü eyvandan ataraq intihar edib.



İddiaya görə, Gönül Ergerçek və Hilmi Ergün Ergerçek 50 il evli olublar. Son illər bir tərəfi iflic olan Ergerçek psixoloji problemlər yaşadığı üçün bir müddət ruhi xəxtəxanada müalicə aldıqdan sonra təkrar evinə dönüb. Amma həyat yoldaşı ilə davamlı dalaşan Ergerçek arvadı qızartma bişirmədiyi üçün dava salıb. Mübahisədən sonra yaşlı cütlük yatıb. Sübh tüzdən oyanan Hilmi Ergün Ergerçek, mətbəxə gedərək yağı tavada qızdırıb yatan həyat yoldaşının yanına gedib və onun üzünə töküb. Çığırtılar içində yataqdan qalxan yaşlı qadın, evdən qaçıb qonşularına sığınıb. Hadisədən xəbər tutan qonşular təcili yardıma və polisə xəbər veriblər. Hadisə yerinə gələnlər isə qapının arxadan bağlı olduğunu, ruhi xəstənin isə özünü balkondan ataraq intihar etdiyini görürlər./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm