Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Aprelin 28-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal - Qərb Regional Mərkəzinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək.

Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal - Qərb Regional Mərkəzinin inzibati binasında 27 aprel 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm