Qırmızı.az
“Avtovağzal”ın mayda istifadəyə veriləcəyi təkzib olunur
Bakı Metropolitenin mətbuat xidməti inşası davam edən “Avtovağzal” stansiyası ilə bağlı yeni açıqlama verib.
Mətbuat xidmətindən “Media forum”a bildirilib ki, “Avtovağzal” stansiyasında işlər yekun mərhələdədir: “Ancaq bəzi media quruluşlarında iddia etdiyi vaxtda – bu ilin may ayında açılış mümkün deyil. İşlər davam edir, yeni avadanlıqlar quraşdırılır. Stansiyanın yaxın vaxt ərzində yox, bu il ərzində açılması planlaşdırılır.
Eyni xətt üzrə “Memar Əcəmi 2” stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. “Avtovağzal” stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.
Yeni stansiyalar həm görünüş, həm təhlükəsizlik, həm də daxili quruluş etibarilə fərqlənəcək. Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş “Avtovağzal” stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub”.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...