Avtomobili qaçıran sərxoş şəxslər qəza törətdilər
Bizi izləyin

Qırmızı.az

Avtomobili qaçıran sərxoş şəxslər qəza törətdilər

Samux rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Samux rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Samux-Kür yolunda baş verib. Gəncə şəhər sakinləri Daşdəmir Məmmədov və Rüstəm Məmmədov sərxoş vəziyyətdə sahibi hələ məlum olmayan "VAZ 2106" markalı avtomobili Gəncə şəhərindən qaçırıblar. Kür istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək avtomobili aşırıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdiriliblər. Hər iki xəstəyə tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm