Prezident İlham Əliyev həmkarları ilə görüşdü - YENİLƏNİB, FOTO
Bizi izləyin

Digər

Prezident İlham Əliyev həmkarları ilə görüşdü - YENİLƏNİB, FOTO

Azərbaycan prezidenti İlham Əliyev Praqada Moldovap prezidenti Nikolae Timofti ilə görüşüb.

Azərbaycan prezidenti İlham Əliyev Praqada Moldovap prezidenti Nikolae Timofti ilə görüşüb.

Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycan prezidenti polşalı həmkarı Bronislav Komorovski ilə də görüşüb.

Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Polşa prezidenti B. Komorovski Azıərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət edib.

Prezidenti İlham Əliyevin növbəti görüşü isə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu da vurğulanıb.

G. Marqvelaşvili də Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İilham Əliyev Çex Respublikasında işgüzar səfərdədir. Prezident Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən növbəti sammitində də iştirak edib.

Prezident İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm