Mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb
Bizi izləyin

Qırmızı.az

Mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb

Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb.

Göyçayda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq təhlükəsizlik qaydalarına riayət etməklə qapını açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm