“Araz” komandası "Barselona" ilə görüşdü
Bizi izləyin

İdman

“Araz” komandası "Barselona" ilə görüşdü

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" çərçivəsində ikinci yarımfinal oyunu keçirilib.

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" çərçivəsində ikinci yarımfinal oyunu keçirilib.

Azərbaycan çempionu "Araz" klubu İspaniyanın "Barselona" klubunu qəbul edib.

"Araz"ın heyətində meydana Aleksey Popov, Rafael, Auqusto, Adriano Folya və Davi çıxıblar.

Oyun 4: 4 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda "Araz"ın heyətində Rafael, Fabiano, Adriano Folya və Amadeu fərqləniblər. Qalib komanda penalti seriyasında müəyyənləşib. Penalti seriyasında rəqibini 4: 2 hesabı ilə məğlub edən "Barselona" finala yüksəlib.

Beləliklə, aprelin 26-da bürünc medal uğrunda "Kayrat" (Qazaxıstan) və "Araz", birinci yer uğrunda isə "Barselona" və "Dinamo" (Moskva, Rusiya) komandaları qarşılaşacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm