O, vitse-prezident vəzifəsinə gətirilir - “Onda mən adımı dəyişərəm”
Bizi izləyin

İdman

O, vitse-prezident vəzifəsinə gətirilir - “Onda mən adımı dəyişərəm”

O, vitse-prezident vəzifəsinə gətirilir - “Onda mən adımı dəyişərəm”

Onu təqdim etməyə yəqin ki, ehtiyac yoxdu.

İdman təsərrüfatında yetərincə tanınan və hamı tərəfindən birmənalı qəbul olunmayan personadı. Ancaq hər kəsin birmənalı olaraq qəbul etdiyi bir amil var – O, peşəkardı. Elnur Əşrəfoğlu ilə Publika.az-nn redaksiyasında bir çox mətləblərə toxunduq. Hələ ki, kimsəyə bəlli olmayan sirri də elə söhbətimiz zamanı açqladı.

“Belə vəziyyətdə qalmaqmı olar orda?”

-İdman təsərrüfatında Elnur Əşrəfoğlunu televiziya işinin, futbol təsərrüfatının cikini-bikini bilən adam kimi qəbul edirlər. Ancaq televiziyanın da, futbolun da cikini-bikini bilən Elnur televiziyadan da, futboldan da uzaqdı...

- Yox, o qədər də uzaqda deyiləm. Harada olsaq, haralarda barrikada qursaq, müdafiə olunsaq da, yenə də gəlib bu sahəyə çıxırıq.

-İdaretmə sistemində təmsil olunmamağınızı nəzərdə tuturam.

-Bu artıq futbol təsərrüfatına xas olan problemdi. Bu təsərrüfatda cox bilən, peşəkar kadrlar idaretmə sistemində olmurlar.

-Olmurlar, yoxsa qoymurlar?

-Bilirsiz necədi, peşəkar adam heç vaxt gedib naşı adamın əlinin altında işləməz. Mən sərbəst insan olmuşam. Belə insanlara qarşı da həmişə maneçiliklər olub. Sərbəst insanlar onlara qarşı təzyiqləri görüncə, bir qədər küsürlər. Uzaq durmağa çalışırlar idaretmə sistemindən. Sonra da onları ora cəlb etmək çox çətin olur.

-Bəlkə ortada başaq amillər də var? Yadımdadı, Elnur Əşrəfoğlu “Neftçi”nin mətbuat xidmətinin rəhbəri təyin olunanda idman mətbuatı sevinirdi buna. Ancaq siz bu vəzifədən gedəndə də hamı sevindi. Bu təzad nədən qaynaqlanırdı?

-Siz bu təzadı Elnur Əşrəfoğlu ilə əlaqələndirirsiz?

-Biz sadəcə səbəbi aydınlaşdırmağa cəhd göstəririk.

-Mən getdim, yerimə kim gəldi?

-Gündüz Abbaszadə.

-Görürüsünüz, yenə də öz içimizdən olan birisi gəlib. O da gələndə sevinmisiz. Amma belə çıxır o gedəndə də sevinəcəksiz.

-Bizi sizin haqqınızda yaranan təzadın mahiyyəti maraqlandırır. Elnur özünü “Neftçi”yə qurban verdi?

-Belə çıxır də... Bilirsiz, klublarda mətbuat katibi vəzifəsi daha ağır vəzifədi. Üstəlik, bu, “Neftçi”də bir qədər də ağırdı. “Neftçi” səs-küylü, diqqət mərkəzində olan klubdu. Bizdə klub ətrafında baş verən bütün hadisələrə mətbuat katibləri cavab verməlidi. Mətbuat katibi Matrosov kimi sinəsini açıb özünü qurban verməlidi. Özünü qurban verirsən, amma görürsən ki, heç bunu qiymətləndirən də yoxdu. Üstəlik, səni kimlərəsə işləməkdə də ittiham edirlər. Belə vəziyyətdə qalmaqmı olar orda? Gedin internet qaynaqlarında Elnur Əşrəfoğlu yazıb, axtarış verin. Orda çıxan materialların 99 faizi mənim əleyhimə olacaq. Mən “Neftçi”də olanda hamı ilə atışmışam. “İnter”in prezidenti ilə də, “Sumqayıt”ın azarkeşləri ilə də. Komandanın yolunda ürəyimi qoymuşam. Bütün bunlardan sonra məni kiminsə adamı olmaqda necə ittiham etmək olardı? Əslində kimlərsə məni klubun prezidentinə belə təqdim etmişdilər.

“Söz aparıb, söz gətirməyi bacarmamışam”

-Onda belə çıxır ki, böyük intriqalar gedir.

-Söhbət ondan gedir. Əslində “Neftçi”də işlədiyim dövr mənim üçün ən uğurlu dönəmdi. O komanda ilə birgə 2 dəfə çempionluq sevinci yaşamışam. Amma nəyə görə belə olmalıydı? Qış fasiləsində Sadıq müəllimin dəvəti ilə 2 gün Antalyada “Neftçi”nin düşərgəsində oldum. Orda mənə qarşı olan hörməti görərdiz...

-Klub rəsmiləri tərəfindən?

- Nəinki klub rəsmiləri tərəfindən, hətta futbolçular, masajçılar tərəfindən də...

-Ancaq klubda işləyərəkən bu hörməti görmürdüz hə..

-Elədir

-Bəs bunun səbəbi nədir?

-Bilmirəm, başım çıxmır.

-Həmin ərəfədə Elnur Əşrəfoğlunun “Neftçi”yə qayıdacağı ilə bağlı söz-söhbət yayılmışdı. Bəlkə klubdakılar duyuq düşmüşdüləır deyə, sizə hörmət göstərirmişlər?

-Bu gün Elnur Əşrəfoğlu niyə hansısa klubda işləmsin, çalışmasın? Bunun yalnız Azərbaycan futboluna xeyri ola bilər

-Ümumilikdə Azərbaycan futbol təsərrüfatında futbolu bilən yox, intriqanı bacaran adama ehtiyac var.

-Burda intriqanı bacaranları da vururlar

-Bəlkə siz “Neftçi”də intriqanı yaxşı oynaya bilməmisiz?

-Mən “Neftçi”də bilirsiz nəyi pis oynamışam? Yaltaq ola bilməmişəm, söz aparıb, söz gətirməyi bacarmamışam. Nəinki “Neftçi”də, heç televiziyada da bacarmamışam bunu.

-Özünü “Neftçi”yə qurban verən Elnur Əşrəfoğlu hələ də Sadıq Sadıqovu dəstəkləyir. İsrarla dəstəklədiyiniz Sadıq Sadıqov sizi niyə qoruya bilmədi, yaxud qorumaq istəmədi?

-Bilirsiz, mən televiziyadan uzaqlaşandan sonra Arif Alışanovun əleyhinə bir kəlmə də deməmişəm. O cümlədən Sadıq Sadıqov haqda da deməyəcəm. Mən bunu etməyəcəm. Adama deyərlər ki, işləyəndə yaxşı idi, şıxandan sonra psidi. Ola bilsin ki, mənim də səhvlərim olub. Bunu etiraf etmək lazımdı. Mən iddia etmirəm ki, mələyəm. Mənimə də səhvlərim olub, özü də həyat səhvlərim.

“Süleymanovun istefası Polad Ələmdarın ölüb-dirilməsinə bənzəyir”

-Elnur Əşrəfoğlu “Neftçi”dən getməzdən əvvəl televiziya vasitəsilə “gedirəm” dedi. Elnurdan sonra “Neftçi”dən bir çoxları dəfələrlə istefa verdiyini deyib, amma getməyib. Niyə onlar Elnur Əşrəfoğlu ola bilmirlər?

-“Neftçi”də ən cox istefa verən Tahir Süleymanovdu. Bilmirəm, deyəsən artıq 8-9 dəfə istefa verib. Amma bu istefanı şouya çevirmək Tahir Süleymanova başucalığı gətirmir. Süleymanovun istefası Polad Ələmdarın “Qurdlar vadisi” serialında dəfələrlə ölüb-dirilməsinə bənzəyir. Olmaz belə. Görürsən ki, artıq belə istefa oyunlarından sonra sənə gülürlər, şouya bənzədirlər bunu. Sən şou adamı deyilsən axı. Sən Azərbaycan futbolunda iz qoymuş adamsan. Tahir Süleymanovun Azərbaycan futbolunda böyük izi var. Sadıq Sadıqov deyir ki, Tahir Süleymanov topla yatıb, topla da durur. Həqiqətən belədi. Orda işləyəndə bu adamın hansı rejimdə çalışdığının, necə həyacan keçirdiyinin şahidi olmuşam. Tahir Süleymanov futbolu yüksək səviyyədə bilən kadrdı bə bu gün Azərbaycan futbolunda belə kadrlara ehtiyac var. Süleymanov işləməlidi, anca istefanı da belə ucuzlaşdırmağa gərək yox. Belə istefa şouları Süleymanovun imicinə zərər vurur.

“Sadıq Sadıqov idmanda çox paxıldı”

-Bu istefa şouları nədən qaynaqlanır? “Neftçi”nin uğursuluğunu ört-basdır etməkdən, yoxsa AFFA-dakı intriqalardan?

-Niyə hesab edirsiz ki, “Neftçi” bu mövsün uğursuz çıxış edir?

-Bunu biz yox, Sadıq Sadıqov deyib. Deyib ki, çempion olmasaq, bu, uğursuzluq sayılacaq və komandadan gedəcəm.

-Sadıq Sadıqov idmanda çox paxıldı. Yəni həmişə istəyir ki, komandası qalib gəlsin, bu adamda idman rəqabəti baxımından güzəşt yoxdu.

-Əslində idmanda belə paxıllıq yaxşı haldı.

-Əlbəttə yaxşı haldı. Eturaf edək ki, komandaya qarşı da təzyiqlər oldu. Tahir Süleymanov niyə 20 min manat cərimələnməlidi? Hakimə kəllə atanlar, azarkeşlərə nələrsə göstərənlər cəzalanmadığı halda, Tahir Süleymanov niyə cəzalanmalıdı? Axı bu adam müstəqil Azərbaycan futbolu var olandan burdadı. Onu niyə silmək istəyirlər ki, futboldan? Bu gün Azərbaycan futbolunun idaretmə sistemində kadrların yerində olmadığı şəksizdi. Tahir Süleymanov belə durumda niyə vurulmalıdı?

-Bəlkə elə AFFA-da oturan o futbolu bilməyənlər Tahir Süleymaonov kimi futbolu bilən şəxslərin bu təsərrüfatda olmasını istəmilər...

-Ramin Musayev ömründə futbol oyanamayıb. Elxan Məmmədovu futbol oynayan görmüşəm. Özü də pis futbol oyamır. Bəli, bu gün bu şəxslər AFFA prezidentinin kadrları sayılırlar. Axı nəyi pisdi ki, sizin ərtafınızda futbolu bilən şəxslər olsun, futbolumuz da inkişaf etsin?

“Onda mən adımı dəyişərəm”

-Elnur bəy, sizə elə gəlmir ki, AFFA-da olan intirqalar, pərdəarxası oyunlar bütövlükdə futbol təsərrüfatına sirayət edib, klublarımızda da eyni tendensiya hökm sürür?

-Belə görünür. Bu gün AFFA-da qəbul olunan qərarlar futbolun inkişafını əngəlləyir. Götürək elə son dəfə qəbul olunan legioner limitini. Bu qərar öldürücü zərbə vuracaq futbolun inkişafına. Ortada Araz Abdullayev nümunəsi var. Bu adam çalışdı-vuruşdu, heyətdə özünə yer tutdu. İndi isə arxayındı. Arxayındı ki, limit 6+5 olsa onun yeri toxunulmaz olacaq. Elə ona görə də adam vurur, qayda pozur, azarkeşi söyür. Adamın burnu dikəlib. Azərbaycan futbolu üzük kimi dairəvidi. Mahirlər, Əfranlar, Rauflar, Arazlar bu üzük boyunca gəzəcəklər. “Bakı”dan “Neftçi”yə, ordan “Xəzər Lənkəran”a, ordan “İnter”ə gedəcəklər. Beləcə 36 yaşa qədər fırlanacaqlar Azərbaycan futbolunda.

Bilirsiz, mən Sadıq Sadıqovu niyə müdafiə edirəm? Sadıq Sadıqovu gətirsinlər Elxan Məmmədovun yerinə baş katib. İki ildən sonra Azərbaycan millisi seçmə mərhələni adlamasa, onda mən adımı dəyişərəm. Bu adam idman funksioneridi. O, məsuliyyətlidi. Ona tapşırılan işin, vəzifənin məsuliyyətini anlaylır, nəticə vermək istəyir. Sadıq Sadıqov kimi kadrlara güvənmək, onlara vaxt vermək lazımdı.

-Gələk Elnur Əşrəfolunun futbol təsərrüfatında işləmək perspektivinə. Söz-söhbət gəzir ki, Elnur yenidən “Neftçi”yə qayıdacaq.

-Bu söz-söhbət çoxdan gəzir.

-Elə isə nə qədər realdı?

-Mən sizə bir sirr açım. “Neftçi”nin prezidenti Sadıq Sadıqov tərəfindən komandaya vites-prezident postuna dəvət olunmuşam.

-Tahir Süleymanovun yerinə?

-Yox, “Neftçi”də vakant vitse-prezident postu var. Sadıq müəllim məni o posta dəvət edib. İnşallah mayın 25-dən sonra bu təyinat reallaşmalıdı. Mən Tahir Süleymanovun yerinə niyə gəlməliyəm və yaxud Süleymanov orda niyə getməlidir ki? Tahir Süleymanov Azərbayacan futboluna lazımlı adamdı və işləməlidi. O cümlədən Elnur Əşrəfoğlu da işləməlidi futbol təsərrüfatında. Sadıq Sadıqov mənim qara gözümə, qara qaşıma aşiq olmayıb. O, Elnurun “Neftçi”dəki işini görüb və ona görə də məni ora dəvət edib.

-Biz sizi əvvəlcədən təbrik edirik. Amma bir məqamı deyim, “Neftçi”də yenə də həmin kadrlardı. Elnur Əşrəfoğlu “Neftçi”yə qayıdarkən onlarla necə yola gedəcək? Yenə də özünü “Neftçi”yə qurban verəcək, yoxsa?

-Başımı aşağı salıb öz işimi görəcəm. Təbii ki, mənim də layihələrim, təkliflərim olacaq. Onları rəhbərliyə təqdim edəcəm

-Səlahiyyət bölgüsü olubmu?

-Bu, sonranın işidi.

-“Neftçi”yə qayıdacağınızı açıqladız. Ola bilər ki, mayın 25-nə qədər sizi istəməyənlər pəl vursunlar, qayıdışınza mane olsunlar...

-Hər şey ola bilər. Amma mən bir şeyi bilirəm ki, Sadıq Sadıqov sözünün ağasıdı. O, deyibsə, edəcək. Məni niyə vurmalıdırlar ki? Rövnəq Abdullayevi dəstəkləyirəm? Dəstəkləyirəm. Sadıq Sadıqovu dəstəkləyirəm? Dəstəkləyirəm. Elə isə mən niyə işləməməliyəm? Yararlanın də bu adamın imkanlarından.

- Sizə uğurlar.

-Sağ olun.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm