49 öküzün buynuzunu qıran “ilahi əl” möcüzələr yaratdı - FOTOLAR
Bizi izləyin

Digər

49 öküzün buynuzunu qıran “ilahi əl” möcüzələr yaratdı - FOTOLAR

49 öküzün buynuzunu qıran “ilahi əl” möcüzələr yaratdı- VİDEO – FOTOLAR

Dünyanın ən çətin idman növlərindən sayılan “Kyokuşin karate” nin əsasını koreyalı Masutatsu Oyama qoyub.

Oyama karateçilərin yeni nəslinin nümayəndələrindən olub. 1947də İlk Yapon Milli Döyüş Sənətləri Turnirində karate növündə çempion adı qazanıb. 10 dan qara kımır ustasıdır.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə qısa müddət ərzində böyük istedad, inadkarlıq, güclü iradə sayəsində Yaponiyanın qabaqcıl döyüşçüləri sırasına qatılan Masutatsu Oyama haqında məlumat verəcək.

Oyama gənclik illərində cüdo və boksla məşğul olub. Sonralar Şotakan, Qodzyu-Ryu, müasir Aykidonun bünövrəsi olan Dayto-Ryu kimi karate məktəblərin aparıcı ustalarından dərs alıb.

Planetin ən güclü karateçisinin həyatı

Masutatsu Oyama 1923-cü ilin iyulun 27-də bugünkü Cənubi Koreyanın Gunsan əyaləti yaxınlığındakı bir kənddə dünyaya gəlib. Əsil adı Yonq-i-Çoi idi. Kiçik yaşda Cənub Çinə Mançuryaya bacısının fermasında yaşamağa göndərilib. Doqquz yaşında Kempo idmanının Cənub Çin növü il məşğul olmağa başlayır. On iki yaşında Koreyaya qayıtdığı zaman məşqlərini Koreya Kemposu ilə davam edirib.

Orta məktəbi Seulda bitirmiş və Aviasiya məktəbində təhsil almaqdan ötrü 1937-ci ildə Yaponiyaya köçüb.Gənclik illərində cüdo və boksla məşğul olub.

Sonralar “Şotakan”, “Qodzyu-Ryu”, müasir Aykidonun bünövrəsi olan “Dayto-ryu” kimi karate məktəblərin aparıcı ustalarından dərs alıb. Qısa müddət Yaponiyanın öndəgələn, tanınan döyüşçüləri sırasına qatılır. 17 yaşında “2-ci dan qara kəmər”, 22 yaşında isə “4-cü dan qara kəmər” dərəcəsinə yüksəlib.

Giçin Funakoşinin Takuşoku Universitetində çalışmağa başladı. Yapon ordusuna yazıldığı zaman Karatedə “4cü dan” sahibi idi. Daha sonra cüdo ilə məşğul olub.

İnsanlardan uzaqlaşır

II Dünya müharibəsindən sonra Oyama Minobe dağındakı buddist məbədində çəkilir və bütün gününü mükəmməlləşdirilmiş məşqlərə sərf edir. Karate ustanın həyatının bu dövrü əfsanələrlə əhatə olunub. Müharibədən sonra 1947-ci ildə Kiotoda keçirilən karate üzrə I Yaponiya Çempionatının qalibi olur. 1948-ci ildə yenidən dağlara çəkilərək bir il yarım ərzində insanlarla ünsiyyətsiz, vəhşi heyvanlarla vuruşaraq, ciddi fiziki və psixoloji hazırlıqla məşğul olub.

Ölümdən döndü

Oyama orada "Kyokuşin karate" adı verilən Karate stilini inkişaf etdirdi və Makivara olaraq ağaclarını istifadə etdiyi Miyobu və Kiyozumi dağlarına çəkilərək karatesini inkişaf etdirməyə çalışdı.

Bu dağlardan biri Çibada olan Kyozumi dağında 18 ay qalmağı bacarır. 1947də İlk Yapon Milli Döyüş Sənətləri Turnirində karate növündə çempion olub.

1949-cu ildə sivilizasiyaya döndükdə karatenin populyarlaşması məqsədilə, kifayət qədər güclü rəqiblər olmaması üzündən vəhşi öküzlərlə döyüşmək qərarına gəlir. Buynuzunun diametri dörd düyməyə çatan öküzlə silahsız döyüşə girir. Döyüş zamanı o, öküzün bir buynuzunu dibindən qopararaq öldürür. Bu zəfər bütün dünyanı heyran edir, amma Oyamadan ötrü belə həyəcanlı yarışlar yolunun ancaq başlanğıcı idi.

1950də karatesini yenidən test etmək üçün öküzlərlə qarşılaşmağa başlayır. O, 52 öküz ilə üz-üzə gəlib. Bunlardan üçünü dərhal öldürüb və 49-unun buynuzlarını qırıb. 1957-ci ildə Meksikada keçirdiyi bir qarşılaşmada öküz tərəfindən yaralanıb, ölümdən qurtulub. Yaxşılaşması üçün altı ay qədər istirahət etmək məcburiyyətində qalıb.

Qırılmayan rekordların sahibi

Bu döyüşlərdən biri haqqında sənədli film də çəkilib. Həmçinin onun haqda kitablar yazılıb. Hələ heç kim onun kimi 30 dam örtüyü kirəmitini bir zərbədə sındırmaq, butulkanın boğazını əllə bir zərbədə kəsmək, 15 kq-lıq çay daşını dizinin üstünə qoyub əllə qırmaq və sairə bir çox rekordlarını əldə edə bilməyib.

Oyamanın çətin məşq rejimi

Səhər – 4- də oyanır, 10 dəqiqə qapalı gözlərlə meditasiya edir. 2 saat dağlarda qaçır.

Səhər – 7- də yemək hazırlayır. 8- də səhər yeməyi və naharı birləşdirən qəlyanaltı edir.

Səhər – 9- da məşqə başlayır. 5 hərəkətdən ibarət kompleksi 10 dəfə yerinə yetirir.

1). 20 dəfə 60 kq-lıq ağırlıq qaldırır.

2). Barmaqlar üzərində uzanaraq 20 dəfə qolların bükülüb açılması (jim).

3). Ələ dayaqlanaraq 20 dəfə qolların açılıb bükülməsi (jim).

4). 20 dəfə dartınmaq.

5). Qum kisəsinə (makivaraya) sağdan və soldan 20 yumruq vurmaq.

Bundan sonra saat 11:00-dək istirahət edir.

Səhər 11:00-da katanı yerinə yetirir. Bununla yanaşı hər gün hər hansı bir katanı 100 dəfə təkrar edir.

Saat - 2-də 60 kq-lıq ağırlıqdan başlayaraq getdikcə yükü artırmaqla 20 dəfə qaldırır.

1000 dəfə yerdə uzanaraq qolların bükülüb açılması (jim), 200 dəfə iki barmaq, 200 dəfə üç barmaq, 200 dəfə dörd barmaq, 400 dəfə beş barmaq üzərində çalışır. Bəzən rəngarənglik üçün yumruq üzərində bir dəfəyə 1000 kəz qolların bükülüb- açılmasını edir.

Saat – 3-də döyüş zərbələrini işləmək- makivara ilə hərəkət, ipə çıxmaq, qarın əzələsi üçün 200 dəfə hərəkət, daş qırmaq üzərində çalışır. Saat – 5-də şam yeməyi hazırlayır.

Saat 6-da isə Oyama üçün meditasiya və yatmaq vaxtıdır.

Oyamanın imzası

Oyama mənşəcə koreyalı olub, etnik azlığa mənsubdur. Məşhur olduğu Masutatsu Oyamanın imzası – gənclik arzusunu təcəssüm etdirir. Hərfi mənada öz nailiyyətlərini yüksək dağ kimi toplamaq deməkdir.

Döyüşləri ən çox üç dəqiqə davam edib

Yapon karatesini nümayiş etdirmək məqsədilə 1952-ci ildə Amerikaya gedir. ABŞ milli televiziyasında karatesini tanıdır. Orada 270 fərqli insanla döyüş keçirib. Qarşılaşmaların çoxunu tək yumruqla tamamlayıb. Qarşılaşmaları ən çox üç dəqiqə davam edib.

Görüşlərdə yüz minlərlə tamaşaçı qarşısında karatenin gücünün nə qədər yüksək olduğunu nümayiş etdirib.

Özünün əfsanəvi zalını açır

O, Amerikanın ən görkəmli boksçuları və güləşçiləri ilə döyüşlərdə də yeni qələbə rekordları qazanır. Onun döyüşlərdə qazandığı qələbələrinə görə, “Müharibənin Allahı” və “İlahi əl” adlandırıblar. Vətənə qayıdan Oyama 1954-cü ildə ilk dəfə əfsanəvi zalını “Oyama doco”nu açır. Tez zamanda bu məktəb döyüş sənətinə yiyələnmək istəyənlərin əsas ünvanı olur. Oyama yaratdığı məktəbi bütün cərəyanlar və kempo üslublarına qarşı qoyur.

Güc, dözüm, effektivlik...

O, silahlı və silahsız döyüş növlərinin hamısını araşdıraraq öz sistemi üçün vacib elementləri seçir. Bütün elementlər, birlikdə məktəbin tələblərinə cavab verməlidir-Güc, dözüm, effektivlik...

Oyama Kempo təcrübəsində qəbul olunmuş onlarla tənəffüs hərəkətindən ikisinin üzərində dayanır ki, bunlar da diafraqmanın inkişafına yaxşı kömək edir.

1.İbuki – normal nəfəs almağa uyğundur.

2. Noqare – müdafiədə istifadə olunur.

Oyamanın sisteminin kökündə təcrübə dayanır.

Karate do beynəlxalq təşkilatı yaradılır

1964-cü ildə rəsmi ad alan “Kyokuşin-kaykan” məhz Kurosaki Kendzi, Nakamura Tadaşi, Aşixara Xideyuki, Soeno Yesidzi, və Royama Hatsuonun kimi əfsanələrin döyüşlərindən və məşqlərindən yaranan növdür.

Elə həmin ildə də “Kyokuşin-kaykan” karate do beynəlxalq təşkilat (İKO) olaraq yaradılır. Təşkilatın qərargahı Tokioda yerləşir. “Kyokuşin-kaykan” 4 heroqliflə yazılır. “Kaykan” “məşvərət və mərasim məqsədi ilə tikilən bina” mənasını verir.

Beləliklə “Kyokuşin-kaykan” karate do təcrübəsi ilə - birləşənlər cəmiyyəti üzvlərinin toplandığı ev kimi izah olunur. Əgər heroqliflərə müasir baxımdan yanaşılarsa “Kyokuşin”-“Mütləq həqiqət cəmiyyəti” kimi hərfi məna verir.

1969-cu ildən I Açıq Yaponiya Çempionatında mütləq çəkidə Kyokuşin karatenin idman inkişafı başlayır. 1975-ci ildən başlayaraq dörd ildən bir Dünya çempionatları keçirilir. Kyokuşin karate ilə artıq dünyanın 190 ölkəsində 15 milyondan çox insan məşğul olmağa başlayır. Heç bir karate məktəbinin bu sayda davamçısı yoxdur. Zaman keçdikcə Beynəlxalq Təşkilata rəhbərlik etmək çətinləşir.

Oyama yeni qanun qəbul edir

1991-ci ildə Masutatsu Oyama “İKO”-nun yeni qanunu tətbiq edir ki, bütün ölkələrdə yapon nümayəndəliyi yaradılsın (birbaşa qərargaha tabe olmaqla), milli federasiyalar isə faktiki olaraq saya alınmasın. İKO-nun bütün üzvləri bu vəziyyətlə razılaşmır. Belə ki, bu təşkilati quruluş ölkələrinin qanunlarına zidd idi. Nəticədə 1992-ci ildə bir çox milli təşkilatların səyi ilə Oyamanın şagirdi ingilis olan Stiv Arneylin başçılığı ilə Beynəlxalq Karate Federasiyası (İFK) yaradılır. “İKO”-nu bəzi səbəblərdən tərk edənlərdən fərqli olaraq, İFK yeni məktəb yaratmır və kyokuşin karatenin təbliğini davam etdirir.

Əfsanəvi idman ustası dünyasını dəyişir

Bu qədər zəfərlər qazanmış Oyama xərçəng xəstəliyinə məğlub olur. Masutatsu Oyama 1994-cü ilin aprelin 26-da 70 yaşında ağ-ciyər xərçəngindən dünyasını dəyişir.

Təşkilata qızı rəhbərlik edir

Hazırda Masutatsu Oyamanın 3-cü kiçik qızı Kristina Oyama “Beynəlxalq Kyokuşinkaykan Karate Təşkilatı”na rəhbərlik edir. Oyamanın ölümündən sonra yaratdığı Beynəlxalq Karate Təşkilatı bir neçə yerə parçalanmağa başlayır.

1. İKO 1 təşkilatı – sədr: Matsui Şokey;

2. WKO Şin-Kyokuşin təşkilatı – sədr: Midori Kenji;

3. Beynəlxalq Kyokuşin-Kan təşkilatı – sədr: Royama Hatsuo;

4. İKO 3 təşkilatı – sədr: Matsuşima Yosikadzu;

5. İKO 4 təşkilatı – sədr: Tedzuka Tori;

6. Kyokuşin karate Seybukay – sədr: Nişida Yukio;

7. Kyokuşin renqokay – sədr: Oisi Dayqo;

8. Kyokuşin budokay – sədr: Yon Bluminq;

Yeni federasiya və ittifaqların yaranması prosesi indi də davam edir.

Əfsanənin Azərbaycanlı tələbəsi

Sosay Masutatsu Oyamanın azərbaycanlı tələbəsi Sensey Ələddin Mirzəyevdir. Ə. Mirzəyev Azərbaycan Kyokuşin Karate Məktəbinin yaradıcısıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm