Qırmızı.az
“Mənə qarşı davamlı təzyiq etdiyinizə görə...” – Qəribə istefa ərizəsi
Azərbaycanda birinci müavinindən icra hakimiyyəti başçısına
ilginc ərizə ünvanlanıb.“Mənə qarşı davamlı təzyiq etdiyinizə görə
xahiş edirəm məni vəzifəmdən azad edəsiniz”-deyə ərizədə
bildirilir.
Publika.Az –a daxil olan eksklüziv məlumata
görə, bu, Xaçmaz rayonunda baş verib. Yerli mənbələrdən əldə
etdiyimiz məlumatda deyilir ki, Xaçmaz rayon icra hakimiyyətinin
bacısı Şəmsəddin Xanbabayevlə birinci müavini Akif Mərdanov
arasında bir aydan artıqdır ki, davam edən qarşıdurma müavinin
işdən azad olunması ilə nəticələnib: “Onlar arasında nəyin baş
verdiyi dəqiq məlum deyil. Amma A. Mərdanovun yazdığı ərizə diqqət
çəkir. O, ərizəsində “Mənə qarşı davamlı təzyiq etdiyinizə görə
xahiş edirəm məni işdən azad edəsiniz” deyə yazıb. Amma söhbət
hansı təzyiqlərdən getdiyi bilinmir. A. Mərdanov həmin postda
təxminən 11 il idi ki, işləyirdi. Ötən həftə icra hakimiyyəti
başçısı tərəfindən vəzifəsindən azad olundu, əvəzinə Yetkin
Mehmanov adlı şəxs təyin olunub”.
Mənbə qeyd edib ki, bu hadisə və yeni təyinat rayon sakinləri
arasında birmənalı qarşılanmayıb və əsas müzakirə mövzusuna
çevrilib.“Xüsusən də Yetkin Mehmanovun təyinatı narazılıqla
qarşılanır”-deyə mənə bildirib.
Məsələ ilə bağlı A. Mərdanovun özü Publika.Az –a açıqlamasında işdən azad
olunduğunu təsdiqləyib. Onu da təsdiq edib ki, 11 ildir həmin
vəzifədə çalışırmış: “2003-cü ilin yanvar ayının 13-də birinci
müavinim olmağımla bağlı əmr verilmişdi. 11 il həmin vəzifədə
işləyib çıxmışam”.
A.Mərdanov ərizəsində nə yazdığı barədə danışmaq istəmədiyini deyib. Bildirib ki, yorulduğu üçün işdən çıxmaqla bağlı özü müraciət edib.Maraq üçün "neçə yaşınız var" deyə soruşanda A. Mərdanov 1961-ci il təvəllüdlü olduğunu deyib.
“Yaşınız çox deyil, əgər sağlamlığınız da yerindədirsə,
“yorulmuşam” səbəbi nə dərəcədə doğrudur” sualını daha çox
susqunluqla qarşılayan A. Mərdanov bildirib ki, artıq işdən azad
olunub, bundan sonra səbəblər mənasızdır. O, ərizəsində məlum
sözləri yazdığını təkzib etməyib. Amma təsdiq də etmədən “Mən də
bir qədər istirahət etdikdən sonra özümə iş axtaracam. Əmri icra
hakimiyyətinin ümumi məsələlər şöbəsi verir, ən yaxşısı ora zəng
edib öyrənən bilərsiniz. Soruşun mən ərizəmdə nə yazmışam” deyə
cavab verib.
Xaçmaz Rayon İcra hakimiyyətinin ümumi məsələlər şöbəsi ilə
əlaqə yaratmaq cəhdimiz alınmadı. Mövzunu diqqətdə
saxlayacağıq.
Asif Nərimanlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO