"Nida"-çılara hökm oxundu
Bizi izləyin

Qırmızı.az

"Nida"-çılara hökm oxundu

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub.

Publika.az-ın xəbərinə görə, Rəşad Həsənov - 7.6 il. Zaur Qurbanlı - 8 il. Üzeyir Məmmədli - 7 il, Rəşadət Axundov - 8 il, İlkin Rüstəmzadə - 8 il, Bəxtiyar Quliyev - 7 il, Məmməd Əzizov - 7.6 il, Şahin Novruzlu - 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, 8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının «siz dayandırmasanız, biz quru aclığa başlayırıq» mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər. YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb. Penitensiar Xidmət təcridxanada aclıq aksiyasını yalanlayıb. Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm