Faciədə ölənlərin sayı 350 –yə çatdı
Bizi izləyin

Dünya

Faciədə ölənlərin sayı 350 –yə çatdı

Mədən qəzasında ölənlərin sayı 350-yə yüksəlib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Manisa şəhərində “Soma” kömür mədənində baş verən partlayış və daha sonra yanğından sonra 205 nəfər ölüb və yüzlərlə yaralı var idi. Ancaq hal-hazırda hadisə yerində olan CHP-li millət vəkillərinin məlumatına görə ölənlərin sayı 350-yə yüksəlib.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız hazırda axtarış-xilaetmə əməliyyatının davam etdiyini, amma zamanın onların əleyhinə olduğunu deyib.

Yıldız baş verən hadisənin səbəbləri haqqında hələlik hər hansı bir versiya irəli sürülməsinin tez olduğunu da vurğulayıb. Onun sözlərinə görə, faktla bağlı cinayət xarakterli məsələlər üzə çıxdığı təqdirdə cavabdeh şəxlər cəzalandırılacaq.

Xatırladaq ki, mədəndə partlayışa elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Taner Yıldız qəza vaxtı şaxtada 787 nəfərin olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm