“Heç kim bizimlə tələb dilində danışa bilməz”- KXCP və ACP-dən AMİP-ə cavab
Bizi izləyin

Nida.az

“Heç kim bizimlə tələb dilində danışa bilməz”- KXCP və ACP-dən AMİP-ə cavab

Biz nə Milli Şura, nə də DQB ilə bağlı müzakirələr aparmışıq. Seçkidə birgə iştirakımız da hələlik müzakirə olunmayıb. Hər şeyə yalnız müzakirələrdən sonra qərar vermək olar. Hazırda əsas gücümüzü partiyamızın təşkilatlanması, təsis qurultayının keçirilmə

Milli Şura və bu quruma alternativ rolunda yer alan Demokratik Qüvvələrin Birliyində (DQB) eyni anda təmsil olunan KXCP və Azad Demokratlar Partiyası (keçmiş ACP) seçim qarşısında qalıb.

Birliyin əsas təşəbbüskarı olan AMİP sədri Yusif Bağırzadə bu partiyalara çağırış edərək ya Milli Şura, ya da DQB” arasında seçim etmələrini istəyib.

Qeyd edək ki, belə bir seçim Milli Şura və DQB üçün vacibdir. Bu seçimdə kim qalib gəlsə o bir addım önə keçə bilər. Bununla yanaşı, seçim etməli olan partiyalara da bu təsirsiz ötüşməyəcək.
KXCP sədri Mirmahmud Mirəlioğlu Publika.Az -a açıqlamasında bildirib ki, heç kəs onlarla tələb dilində danışa bilməz: “Bu məsələni müzakirə edib uyğun qərar qəbul edəcəyik. Mənə elə gəlir ki, heç kəs bir-biri ilə tələb ilində danışa bilməz, danışmamalıdır. Hər şey qarşılıqlı anlaşma ilə həll olunmalıdır”.
M. Mirəlioğlu qeyd edib ki, onlar seçimlərini özləri edirlər.

“Biz öz seçimimizi özümüz edirik. Dostlarımız, bu günki müttəfiqlərimiz bu və ya digər məsələləri ortalığa qoyacaqlarsa, təbii ki, bu mətbuat vasitəsilə deyil, birgə müzakirə ilə olacaq”-deyə partiya sədri bildirib.
Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri (keçmiş ACP sədri-red) Sülhəddin Əkbər isə Publika.Az –a bildirib ki, bu mövzu hazırda onlar üçün aktual deyil: “Biz nə Milli Şura, nə də DQB ilə bağlı müzakirələr aparmışıq. Seçkidə birgə iştirakımız da hələlik müzakirə olunmayıb. Hər şeyə yalnız müzakirələrdən sonra qərar vermək olar. Hazırda əsas gücümüzü partiyamızın təşkilatlanması, təsis qurultayının keçirilməsinə yönəltdiyimiz üçün bu məsələ aktual deyil”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm