Klub prezidentinin nəvəsi yol qəzasında həlak oldu - FOTO
Bizi izləyin

Dünya

Klub prezidentinin nəvəsi yol qəzasında həlak oldu - FOTO

Türkiyənin “Fənərbaxça” futbol klubunun sabiq prezidenti, tanınmış biznesmen Əli Şənin 17 yaşlı nəvəsi Alp Əli Şən yol qəzası nəticəsində dünyasını dəyişib.

Türkiyənin “Fənərbaxça” futbol klubunun sabiq prezidenti, tanınmış biznesmen Əli Şənin 17 yaşlı nəvəsi Alp Əli Şən yol qəzası nəticəsində dünyasını dəyişib.

17 yaşlı Alp Əli Şən idarə etdiyi "ATV" tipli avtomobillə İstanbulun Şile rayonunda yük maşını ilə toqquşub. Qəza vaxtı avtomobildə olan Alp Əli Şənin dostu Burak Efkan yaralı vəziyyətdə Şile dövlət xəstəxanasına çatdırılıb. Qəzada Efkanın sadəcə çiyninin sındığı bildirilir.

Alp Əli Şənin cəsədi məhkəmə tibbi ekspertizasına göndərilib. Qəzanın iştirakçısı olan yük maşınını sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm