“Hamımız yorulmuşuq”- VHP-dən Sabir Rüstəmxanlıya etiraz
Bizi izləyin

Nida.az

“Hamımız yorulmuşuq”- VHP-dən Sabir Rüstəmxanlıya etiraz

“Hamımız yorulmuşuq”- VHP-dən Sabir Rüstəmxanlıya etiraz

Bu gün partiyanı bütöv qurum kimi qoruyub saxlaya biləcək şəxs Sabir Rüstəmxanlıdır. Əgər məsələ yorulmaqdırsa, hamımız yorulmuşuq”.

Bu barədə Vətəndaş və Həmrəylik Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Publika.Az-a açıqlamasında partiya sədri Sabir Rüstəmxanlının sədrlikdən getmək istəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yol hələ bitməyib: “Biz eyni dövrdən bir hərəkatın içindəyik, eyni yola çıxmışıq. Hamımız yorulmuşuq, amma yolun sonuna hələ ki, gəlməmişik. Ona görə Sabir bəy getməməlidir. Partiyada da ümumi ab-hava onun qalması ilə bağlıdır. İnanmıram ki, partiya üzvləri Sabir bəyi buraxacaq. Ən azı növbəti qurultaya qədər Sabir Rüstəmxanlının sədr olaraq qalmasını istəyəcəklər”.

R.Manaflı VHP-də sədr olmaq istəyənlərin olduğunu deyib. Lakin o, ad çəkmək istəmədiyini də bildirib.
“Partiyada kifayət qədər yetişmiş insanlar var ki, VHP-ni idarə edə bilərlər. Mən ad çəkməyəcəm. Çünki ad çəkəndə müxtəlif söz-söhbətlər yaranır. Həm də ad çəkmək Sabir bəyi getməyə təhrik etmək kimi qəbul oluna bilər. hazırda isə ümumiyyətlə sədrlik məsələsi müzakirə obyekti deyil”-deyə VHP rəsmisi qeyd edib.

Qeyd edək ki, S.Rüstəmxanlı Publika.Az-a açıqlamasında sədrlikdən getmək istəyini belə açıqlayıb: “Partiya işləri vaxtımı çox alır. Mən 5 ilə yaxın nazir oldum, amma indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir, elə bilirlər ki, dövlətə bağlıyıq. Bacardığım qədər kömək edirəm, amma hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir, xüsusən də hamısına kömək edə bilməyəndə. Yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm