ABŞ–Azərbaycan oyununda yoxa çıxan 100 min dollar – Şok faktlar
Bizi izləyin

İdman

ABŞ–Azərbaycan oyununda yoxa çıxan 100 min dollar – Şok faktlar

ABŞ-Azərbaycan oyununda yoxa çıxan 100 min dollar – Şok faktlar

Mayın 27-də San Fransiskoda keçirilən ABŞAzərbaycan qarşılaşması ətrafında böyük söz-söhbət yaranıb.

Publika.az xəbər verir ki, AFFA rəsmiləri ABŞ-da yaşayan həmyerlilərimizə, orada təhsil alan tələbələrə pulsuz bilet ayıracağı ilə bağlı vəd versə də, buna əməl etməyib. Stadiondan Azərbaycan millisini cəmisi 100 azarkeş dəstəkləyib. Bu 100 azarkeş də protokola uyğun olaraq Azərbaycan tərəfinə verilmiş biletlərin sahibləri olub.

Ancaq qarşılaşmadan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına belə açıqlama vermişdi:

“Burada yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimiz üçün AFFA tərəfindən 500 bilet alınıb. Həmin biletlər oyun günü azarkeşlərə paylanacaq”.

Ancaq ABŞ-ın müxtəlif ştatlarından oyuna baxmağa gələn həmvətənlərimiz biletsiz qalıblar. Onlar AFFA rəsmilərinə vəd etdikləri bilet üçün müraciət etsələr də, azarkeşlərə bilet verilməyib. Bu da ABŞ-da yaşayan həmvətənlərimizin haqlı narazılığına səbəb olub.

Satdionda isə cəmisi 100 azərbaycanlı azarkeş olub. O da protokola uyğun olaraq Azərbaycan millisi üçün ayrılmış bilətlərin sahibləri. Onların da əksəriyyəti ABŞ-dakı səfirliyin əməkdaşları və AFFA rəsmilərinin Bakıdan gedən qohum-əqrəbaları olub. Onu da qeyd edək ki, bu qohum-əqrəbalara görə Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov ABŞ-a getməkdən imtina edib. Bu haqda başqa bir yazıda məlumat verəcəyik.

AFFA-nın aldığı 500 bilet hara qeyb olub? Elxan Məmmədov biletlərin alındığı ilə bağlı rəsmi sayt vasitəsilə məlumat verib. Bilet alınıbsa, həmvətənlərimizə niyə paylanmayıb? Paylanmayıbsa, biletlərin aqibəti necə olub?

Publika.az-ın AFFA-dakı mənbədən aldığı məlumata görə, ABŞAzərbaycan oyunu üçün 500 bilet alınmayıb. Biletlərin alınması, sadəcə, kağız üzərində göstərilib. ABŞAzərbaycan qarşılaşmasına biletlərin qiyməti sektorlardan asılı olaraq 35-375 dollar arasında olub. Hər biri 200 dollardan 500 biletin alınmasına AFFA-nın büdcəsindən 100 min dollar vəsait ayırılıb. Vəsait isə biletləri almaq üçün adı bizə məlum olmayan təşkilatın hesabına köçürülüb. 100 min dollar da həmin təşkilatın hesabından yoxa çıxıb. O cümlədən biletləri də “gördüm” deyən olmayıb. Aldadılan isə həmvətənlərimiz, stadionda dəstəksiz qalan isə Azərbaycan olub.

Məsələyə AFFA-da rəsmi mövqeyini açıqlayıb:

"Məlumat üçün bildiririk ki, ABŞ-Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu üçün protokola uyğun olaraq ABŞ Futbol Federasiyası tərəfindən AFFA üçün 100 bilet ayırılmışdı. Bundan əlavə, oyunda millimizə dəstək olmaq üçün ölkəmizin ABŞ-da olan səfirliyi, konsulluğu və baş sponsorumuz olan SOCAR-ın yerli nümayəndəliyi ilə əlaqə saxlanıldı. Beləliklə, baş konsul Nəsimi Ağayevin AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı rəsmi məktuba uyğun olaraq, orada yaşayan soydaşlarımız üçün AFFA-nın vəsaiti hesabına əlavə olaraq 500 bilet alınaraq bölünüb və şəxsən rəsmi əməkdaşlara verilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm