AFFA-dan daha bir müəmmalı milliləşdirmə – FOTOLAR
Bizi izləyin

İdman

AFFA-dan daha bir müəmmalı milliləşdirmə – FOTOLAR

AFFA-dan daha bir müəmmalı milliləşdirmə – FOTOLAR

Almaniyadan Azərbaycan millisinə daha bir futbolçu dəvət olunub.

Publika.az xəbər verir ki, bundan sonra Renat Dadaşov U-17-nin formasını geyinəcək. 1999-cu il təvəllüdlü futbolçu A milli komandamızın üzvü Rüfət Dadaşovun qardaşıdır. Renat “Ayntraxt” akademiyasında oynayıb. O, “Kayzerslautern” klubunun aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Növbəti ildən Leyptsiq şəhərinin “Red Bull” klubunda oynayacaq.

17 yaşa qədər futbolçulardan ibarət milli komandanmıza dəvət olunan Renat Dadaşov dünən ilk dəfə U-16 yığması ilə ilk oyununa çıxıb. Renat U-16-nın heyətində bir hissə oynayıb və heç nə ilə yadda qalmayıb. Kiçik Dadasov bir neçə əlverişli qol şansını əldən verib. Bundan əlavə Renat Dadaşov qazandığı penalti zərbəsindən də yararlana bilməyib.

Görünür bu səviyyədə bir futbolçunun milliləşdirilməsinin arxasında pərdəarxası məqamlar dayanır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm