Prezident onları boşatdırmaq istəyir
Bizi izləyin

İdman

Prezident onları boşatdırmaq istəyir

Prezident onları boşatdırmaq istəyir

“Fənərbaxça” ilə müqaviləsi başa çatan və hazırda transfer danışıqları aparan Caner Erkinlə bağlı qəribə xəbər yayılıb.

Publika.az xəbər verir ki, "sarı-göylü"lərin rəhbəri Aziz Yıldırım futbolçuya “Bu qız sənə zərər verir. Boşan ondan”,deyib.

Caner Erkin isə atası kimi gördüyü Yıldırıma belə cavab verib:

“Arvadımla danışdım. Məni inandırdı. Ona sonsuz güvənirəm”.

İddialara görə, yaşadıqları çətin günlərin ardından bir çox yoldaşları ilə münasibəti kəsən Caner Erkinin yoldaşı Asena Erkin: "Biz buralarda rahat deyilik. Avropada bir komanda tap, ora gedək”, – deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm