Ukraynanın 11 hərbçisi öldürülüb
Bizi izləyin

Dünya

Ukraynanın 11 hərbçisi öldürülüb

Terrorçular dünən Ukrayna ordusunun 11 hərbçisini öldürüb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planını açıqlamasına baxmayaraq, Rusiyanın dəstəklədiyi qanunsuz silahlı qruplaşmalar Ukrayna vətəndaşlarını öldürməkdə davam edirlər. Dünən gecə Slavyansk şəhəri yaxınlığında “Mi-8” hərbi vertolyotu vuruldu və nəticədə 9 hərbi qulluqçu həlak oldu. Terrorçular 20 iyundan sonra 40-dan çox hücum həyata keçiriblər”, – bəyanatda bildirilir.

Ukrayna Xarici İşlər Nazirliyində qeyd edirlər ki, bu hücumlar rusmeyilli terrorçulara sülhun lazım olmadığını göstərir.

“Rusiya Federasiyasının deklarativ bəyanatlarına baxmayaraq, rusmeyilli terrorçular cəzasızlıq və açıq dəstək hiss edirlər”,– bəyanatda sonda qeyd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm