Ərdoğan rəsmən prezidentliyə namizəd oldu
Bizi izləyin

Dünya

Ərdoğan rəsmən prezidentliyə namizəd oldu

AKP-çi millət vəkili Şamil Təyyar özünün “Tvitter” hesabında Ərdoğanın prezidentliyə namizəd olması üçün rəsmi prosedurun başladığını bildirib.

Publika.az xəbər verir ki, AKP-dən prezidentliyə namizədin kim olacağına dair mübahisələrin getdiyi bir zamanda baş nazir R.T.Ərdoğanın namizədliyi üçün rəsmi prosedura start verilib.

AKP-çi millət vəkili Şamil Təyyar “Tvitter”də artıq bununla bağlı imza toplama kampaniyasına start verildiyini yazıb: “Prezidentliyə namizədlik təklifi üçün partiyamızın millət vəkilləri arasında imza toplama kampaniyasına start verilib. Xeyirli-uğurlu olsun”.

Şamil Təyyar bununla da Ərdoğanın namizədliyi üçün işlərin başladığını elan edib.

Xatırladaq ki, prezident seçkisinə qatılmaq üçün, ən azı, 20 millət vəkilinin bir namizədə səs verməsi lazımdır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm