İŞİD üzvü olan azərbaycanlıdan şok çağırış - Video
Bizi izləyin

Nida.az

İŞİD üzvü olan azərbaycanlıdan şok çağırış - Video

İraq Şam İslam Ordusu (İŞİD) qruplaşması tərkibində döyüşən azərbaycanlıların daha bir videosu yayılıb.

Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, dünən sosial şəbəkələrdə yayılan videoda İŞİD üzvü olan azərbaycanlı tankın üzərində oturaraq müsəlmanlara çağırış edir: “Allah bu iki tankı bizə hədiyyə etdi. Bu yaxınlarda bu tanklarla iki kəndi almışıq. Burda qardaşlara ehtiyac var. Gəlin cihad edin, burda Allahın rəhməti var, Allah bütün nemətləri bizə verib. Allahın rəsulu necə hicrət etdisə, siz də hicrət edin. Kafirlərin içində oturmayın. Küfrdən, şirk əhlindən uzaqlaşın. Aldığımız yerlər boşdur, qardaşlara ehtiyac var. Təkcə savaşmaq deyil. Hansısa qardaş yemək bişirə bilər, hansısa qardaş elektrik işini bilər, hansısa qardaş tank sürə bilər. Silahları təmizləyər. Qardaşlar, hicrətdə bərəkət var. Bu gözəl Şam torpaqlarına hicrət edin. Siz hicrət edin, Allah bütün qapıları açacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm