Dünya
Ukrayna-Rusiya sərhədində təyyarə vuruldu: 295 ölü (Yenilənib)
Ukraynada qəzaya düşən sərnişin təyyarəsi "Buk"
kompleksi ilə vurulub.
Publika.az-ın məlumatına görə, bu haqda
informasiyanı Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton
Qeraşenko Facebook səhifəsində yazıb.
Onun sözlərinə gorə, Amsterdam - Kuala-Lumpur
reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində,
Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi
yaxınlığında "Buk" zenit raket kompleksi ilə
vurulub.
Qəza zamanı 280 sərnişin və 15 ekipaj üzvünün
öldüyü bildirilir.
Qeyd edək ki, təyyarənin qəzaya düşməsini
Malayziya hava limanının rəsmisi Böyük Britaniyanın Sky News
telekanalına müsahibəsi zamanı təsdiq edib.
Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda
"Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir.
20:48
Ukraynanın Rusiya sərhədinə yaxın
ərazisində Boeing-777 sərnişin təyyarəsi qəzaya
düşüb.
Publika.az-ın məlumatına görə, "Malayziya hava
yolları" şirkətinə məxsus təyyarə Amsterdam - Kuala-Lumpur reysini
yerinə yetirirdi.
"Rusiya Federasiyasının hava ərazisinə daxil
olmağa 50 kilometr qalmış təyyarədə problemlər yaranıb və o, enməyə
başlayıb. Nəticədə onu Ukrayna ərazisində yanan halda aşkar
ediblər", - aviasiya dairələrindən mənbə bildirib.
Məlumata görə, təyyarənin içində 280 sərnişin və
15 ekipaj üzvü olub.
Rusiya sərhədini layner yerli vaxtla təxminən
17:25-də keçməli idi. Mənbə əlavə edib ki, təyyarə Donetskdən 80
kilometr aralı Snejniy yaşayış massivinə düşüb.
Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, təyyarə ekipajla birlikdə olan 295 nəfərdən sağ qalan olmayıb. Təyyarənin 10 min metr yüksəklikdə vurularaq düşürüldüyü bildirilir.
Qeyd edək ki, Boing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı