Süleymanov söz verdi: “Qayıtmayacam”
Bizi izləyin

İdman

Süleymanov söz verdi: “Qayıtmayacam”

Süleymanov söz verdi: “Qayıtmayacam”

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun istefaya getdiyi barədə məlumat vermişdik.

Xatırladaq ki, bundan öncə də bir neçə dəfə Tahir Süleymanov istefa versə də, sonradan klubda işini davam etdirmişdi.

Tahir Süleymanovla əlaqə saxlayıb növbəti istefa barədə mövqeyini öyrəndik. Publika.az-a danışan keçmiş vitse-prezident belə məqamda ən doğru addımı atdığını bildirdi:

“Mən hər kəsin qarşısında bu addımı atdım, düşünürəm ki, doğru bir addım idi. Klubdan gedə bilməyin özü bir mədəniyyətdir. Ən təsiredici məqam ağzına qədər dolu olan stadionda azarkeşlərin üzülməsi oldu. Qarşımızda hər hansı böyük, güclü klub olsaydı, bu, başqa məsələ…

Amma “Neftçi”nin öz evində “Koper”ə nəinki məğlub olmağa, heç-heçə etməyə belə haqqı yox idi. Çünki rəqibin maksimum 1-2 milyonluq büdcəsi var.

Meydanda nə Tahir Süleymanov, nə də məşqçi heyəti qol vuran deyil. Amma məsuliyyəti öz üzərimizə götürməyi bacarmalıyıq.

Mənim klubdan getməyim və ya qalmağım geniş müzakirələrə səbəb olmamalıdır. Mən qərarımı vermişəm, qayıtmayacam. Klubun prezidentindən tutumuş hər bir əməkdaşına öz təşəkkürümü bildiririəm.

Biz vəzifə düşkünü deyilik. Hər şeyin kökündə nəticə dayanır. “Neftçi” “Koper” kimi bir rəqiblə öz evində bacarmırsa, bu o deməkdir ki, müvafiq addımlar atılmalıdır. Düzdür qarşıda cavab oyunu var. “Neftçi”nin futbolçuları “Koper”dən ən az 10 qat üstündür.

Futbolçularımız Sloveniyada bacardığı oyunun 70 faizini göstərə bilsələr, rəqibə 3 qol vurmağa gücləri yetər. İnanaq ki, belə də olacaq. Düşünürəm ki, iki oyunun nəticəsinə görə “Neftçi” mərhələ adlaya bilməsə, nə məşqçilər korpusundan, nə də futbolçulardan klubda qalmağa kiminsə haqqı yoxdur.

Futbolçular şəxsiyyətlərini qorumaq istəyirlərsə, onlar “Koper”i Slovenyada məh etməlidirlər. Yenə deyirəm, əks halda məqşçilər heyəti ilə birlikdə onların “Neftçi”də nə mənəvi, nə maddi haqları yoxdur ”

Tahir Sleymanov bundan sonra hansı işlə məşğul ola biləcəyindən də danışdı:

“Bizim taleyimizə futbol yazılıb. Mən son nəfəsimə qədər futbolun içindəyəm. Zamana ehtiyac var, hər şeyi zaman göstərəcək”.

Süleymanov “Qarabağ”a və “İnter”ə də uğurlar arzuladı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm