Gürcüstan: "Rusiyanın finalı çox pis olacaq"
Bizi izləyin

Dünya

Gürcüstan: "Rusiyanın finalı çox pis olacaq"

“Əgər Rusiya silahlı qüvvələrinin nümayəndələri Ukraynanı işğal etməyi dayandırsa, Putinin xilas olmaq şansı var. Yox, əgər, Rusiya öz mövqeyindən əl çəkməsə, o zaman yalnız qısamüddətli qələbə əldə edəcək. Əks halda Rusiyanın finalı çox pis olacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Qela Vasadze çıxış edib.

O Avropanın bundan sonra Qafqazda irimiqyaslı hərbi əməliyyatların keçirilməsinə imkan verməyəcəyini qeyd edib:

“Rusiya Avropa ölkəsidir. Bu səbəbdən o, Çin və ya Braziliya ilə birlikdə ola bilməz. Rusiya da Ermənistan və Gürcüstan kimi Avropa ilə bir olmalıdır. Lakin Putin öz sistemini saxlamaq üçün müqavimət və buna oxşar problemlər yaradır. Avropa sistemində isə bu qəbul olunmazdır. Düşünürəm ki, bütün bu hadisələrdən sonra Avropa Qafqazda irimiqyaslı hərbi əməliyyatların keçirilməsinə imkan verməyəcək. Qərbin əsas maraqlarından biri bütün tərəflərin razılığa gəlməsi və səmimi münasibətlərin inkişafıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm