Mətbuat prospektində qəza
Bizi izləyin

Qırmızı.az

Mətbuat prospektində qəza

Bakının Yasamal rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Mətbuat prospektində qeydə alınan qəzada 38 yaşlı Natiq Əliyev idarə etdiyi "Cherry" markalı avtomobil 26 yaşlı Sakit Əliyevə məxsus “Mercedes"lə toqquşub. Zərbənin təsirindən fərqli istmatlərə yönələn maşınlara ziyan dəyib. Bundan başqa "Cherry"nin sürücüsü qəzada başından xəsarət də alıb.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin və yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Qəza nəticəsində yolda avtomobillərin hərəkətində sıxlıq yaransa da, polis hərəkəti tənzimliyə biliblər.

Yaralı sürücü xəstəxanaya aparılıb. Qəzanın digər iştirakçısı isə izahatının alınamsı üçün polis ortqanına dəvət edildi.

Faktla bağlı araşdırmalar rayon polis idarəsində aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm