Dünya
İsrail əsgəri qorxudan ağladı
İsrail xanım əsgəri, mərmi və sirena səslərini eşidərək
qorxudan ağlamağa başlayıb. ANS PRESS-in məlumatına görə, onu
sakitləşdirməyə gələn dostu da mərmiləri görəndə həyəcanını saxlaya
bilməyib.
Bundan əlavə sosial şəbəkələrdə daha bir video yayılmağa başlayıb.
Videoda israilli gənclər Həmas və onun atdığı raketlərdən necə
qorxmadıqlarını başa salarkən sirena səsləri gəlməyə başlayır.
Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3
yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc
Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən
qaçırılmış və yandırılaraq öldürülmüşdü. İsrail ordusunun Həmas
tərəfindən atılan raketlərə qarşı 7 iyuldan başlanan istiqamətli
hava hücumu, 17 İyul Fələstinə genişmiqyaslı quru əməliyyatı ilə
əvəz edilib.
Birinci gecə minlərlə İsrail əsgərinin iştirakı ilə başlayan quru
hərəkatında 39 Fələstinli ölüb, 400-dən çox adam yaralanıb. Xəbər
verildiyinə görə əksəriyyəti mülki şəxs olan ölənlər arasında yenə
də uşaqlar var. 12 gündür davam edən hücumlarda ölən ümumi
fələstinli sayı 573-ə, yaralı sayı da 3 minə çatıb.
Fələstin höküməti həyatını itirənlər arasında 66 uşaq və 28 qadının
olduğunu açıqlayıblar. Quru hərəkatı zamanı İsrail ordusu da 45
hərbiçisini itirib.
Bu arada İsrail ordusu 7 iyuldan bu yana cəmi 65 min ehtiyatda olan
əsgəri geri çağırıb.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO