“Boinq 777” qəzasından bildiklərimiz (FOTO)
Bizi izləyin

Dünya

“Boinq 777” qəzasından bildiklərimiz (FOTO)

Cümə axşamı günü axşam saatlarında Donetsk səmalarında vurulduğu iddia olunana təyyarə qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 283 sərnişin (onların arasında - üç uşaq) və 15 ekipaj üzvlərinin hamısı həlak olub.

Rusiya sərhəddindən 60 km. aralıda Ukraynanın vətəndaş müharibəsi gedən bölgəsində baş verən qəzada hər iki sərhəd ölkə bir-birini məsul bilir və vurulduğunu iddia edir. ABŞ Xüsusi Xidmətinin bildirdiyinə görə qəza baş verən dəqiqələrdə həmin ərazidə yer-səma tipli raketin atıldığı qeydə alınıb. Bundan əlavə Ukrayna tərəfi yaydığı foto və videolarda təyyarənin məhz hansı raket qurğusu vasitəsilə vurulduğunu göstərən dəlillər irəli sürür. Hazırda təyyarənin araşdırılması Beynəlxalq səviyyədə içərisində daha çox vətəndaşı həlak olan Hollandiyanın rəhbərliyi ilə aparılır. BMT-nin son qətnaməsində bölgəni nəzarət edən qondarma Donetsk Xalq Respublikası yaraqlılarına müraciət olunub. Qətnamədə ərazidə təcili olaraq araşdırmaya mane olacaq silahlı münaqişələrin dayandırılması və əraziyə ATƏT nümayəndələrinin təhlükəsizliyinin təmin edilərək buraxılması tələbi durur.

Öz növbəsində qondarma respublika yalnız Beynəlxalq müşahidəçilərin baxışından sonra tapılan 196 cəsədin Xarkova verilməsi tələbini irəli sürüb.




















Oxumağa davam et
Reklam
Reklam

Gündəm