Avtobusda qadınlarla kişilər əlbəyaxa oldular - VİDEO
Bizi izləyin

Qırmızı.az

Avtobusda qadınlarla kişilər əlbəyaxa oldular - VİDEO

Dünən metronun “Gənclik” stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Milli.Az xəbər verir ki, təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün - cavan oğlanın avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib.


Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın sərnişinlər israrla sürücüdən avtobusu saxlamağı tələb ediblər. Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib, kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri söyüblər.


“Çinar-Trans” MMC-dən Milli.Az-a bildirildi ki, 133 saylı avtobusdakı hadisə ilə bağlı qısa zamanda araşdırma aparıldı və sürücü Valeh Məmmədov işdən azad edildi.


Həmin hadisənin görüntülərini oxuculara təqdim edirik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm