Hillari Klinton Putinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır
Bizi izləyin

Nida.az

Hillari Klinton Putinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Malayziya “Boinq"inin qəzaya düşmə səbəblərinin araşdırılması üçün lazımi ölçülərin götürülməsini tələb edib.

Publika.az xəbər verir ki, sabiq dövlət katibi “facebook” səhifəsində bu barədə belə yazıb: “Biz yalnız təyyarədə həlak olmuş insanların xatirəsini yad etməli deyilik, həm də günahkarların tapılması üçün çalışmalıyıq. Bu qəza daha geniş şəkildə araşdırılmalıdır”.

H. Klinton belə davranışlara görə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini təklif edib.

“ABŞ Avropanı Rusiyanın enerjisindən asılı olmadığına inandırmalıdır”, - deyə o bildirib.

Sabiq dövlət katibi Avropanı sərhədlərinin qorunması və özünümüdafiədə ukraynalılara dəstək verməyə çağırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm