Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Publika.az xəbər verir ki, amerikalı həmsədr bu gün hər iki ölkənin XİN rəhbəri ilə Brüsseldə keçirilən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına qoşulan ölkələrin xarici siyasət idarəsi rəhbərlərinin V iclası çərçivəsində görüşməyi planlaşdırır.

“İndi Brüsselə gəldim. Burda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarını müzakirə etmək niyyətindəyik. Biz münaqişənin danışıqlar yolu ilə nizama salınmasına cəhd edirik”, - deyə C. Uorlik “Twitter” səhifəsində yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm