ABŞ – dünyanın ən böyük və dağıdıcı imperiyası
Bizi izləyin

Dünya

ABŞ – dünyanın ən böyük və dağıdıcı imperiyası

“ABŞ xalqı öz dövlətinin işğalçılıq siyasətinə son qoymalıdır”.

Publika.az xəbər verir ki, məşhur tarixçi Vilyam Blum Amerikanın imperialist siyasətinə həsr edilmiş 130-cu məqaləsini yazıb.

Məqalədə qeyd edilir ki, artıq dünya əhalisinin çox hissəsi ABŞ-ı dünyadakı sülhə başlıca təhlükə sayır.

Sorğuda iştirak edənlərin 24 faizi ABŞ-ı sülh düşməni hesab edir. Bu mənada Rusiya cəmi 2, Çin isə 6 faiz səs toplayıb.

Bu da təəccüblü deyil. ABŞ-ın zorakı yolla devirdiyi hökumətlərin, bombaladığı ölkələrin sayı-hesabı yoxdur.

İkinci Dünya müharibəsindən sonrakı prosesləri diqqətlə izləyən Blum əsas hadisələri qeyd edib:

  • ABŞ illər ərzində 50-dən çox ölkədə dövlət çevrilişinə cəhd edib. Bu ölkələrin çoxunun hökuməti demokratik yolla seçilmişdi.
  • 30-dan çox ölkəni bombalayıb.
  • 50-dən çox ölkənin rəhbərliyini fiziki cəhətdən məhv etməyə çalışıb.
  • 20 ölkədə milli-azadlıq hərəkatını yatırıb, 30 ölkənin seçkilərinə müdaxilə edib.

ABŞ-ın işğalçılıq siyasətinə ən sərrast qiyməti isə Vyetnam müharibəsi dövründə Martin Lüter King verib: “Dünyaya zorakılığı idxal edən elə mənim öz dövlətimdir. Mən susmayacağam”.

Vilyam Blum deyir ki, ABŞ tarixin ən böyük imperiyasıdır. Çünki bu imperiyanın bütün dünyaya səpələnmiş 1100 hərbi bazası var. Müqayisə üçün bildirək ki, Roma imperiyasının ən qüdrətli vaxtında dünyada cəmi 37 bazası vardı. Britaniya imperiyası isə 1898-ci ildə dünya üzrə 37 hərbi baza ilə kifayətlənmişdi.

ABŞ isə tarixin ən böyük imperiyası olmaqla yanaşı, həm də ən dağıdıcı ölkəsidir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm