Dünya
Keşişlər İŞİD-ə qarşı birləşdi: dinlərarası müharibə
Mosulun baş keşişi İŞİD-ə qarşı dünya birliyindən kömək istədi.
Publika.az xəbər verir ki, İraq Kürdüstanından bir neçə kilometr aralıda yerləşən Ankava şəhərində Mosulun baş keşişi Nona Mərkəzi və Şimali İraqın xristian liderləri ilə görüşüb. Görüşdə Kərkükün və “Kürdüstanın” pravoslav kilsəsinin liderləri də iştirak edib. Məqsəd İŞİD-ə qarşı səyləri birləşdirmək və dünyanın diqqətini bölgəyə yönəltməkdir.
Mosulun baş keşişi baş verənləri növbəti soyqırımı adlandırıb. Bildirib ki, İŞİD-ə qarşı güclü müdafiə təşkil edilməlidir. Onun sözlərinə görə, İŞİD bölgəyə hücum etdikdən sonra minlərlə xaçpərəst qaçıblar.
“Bölgənin digər əhalisi kimi xaçpərəstlərə qarşı da hücum edirlər. Bizə “ya tərk et, ya da öləcəksən” deyirlər. Artıq ailələr kilsələrə sığınır. Buna qarşı bütün dünya, xristian aləmi birləşməlidir”, - deyə o bildirib.
Daha sonra o, bölgənin xristian liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb.
Asif
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu