Vurulacaq təyyarəyə son anda minmədi - Fotolar
Bizi izləyin

Bilgi.az

Vurulacaq təyyarəyə son anda minmədi - Fotolar

Avstraliyalı tələbə evə dönmək üçün MH17 reysinə aldığı təyyarə biletini son anda dəyişib. Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura yön alan təyyarə Ukrayna səmasında raketdən açılan atəş nəticəsində vurulub və nəticədə 298 insan yerindəcə həlak olub.

Avstraliyanın Viktoriya şəhərindən olan 20 yaşlı Bek MakDonald bir aylıq Avropa səyahətini bitirərək Amsterdamdan vətənə dönməli idi.

Universitetdə psixologiya üzrə təhsil alan Bekin qardaşı uçuşa bir gün qalmış ona daha ucuz başa gəlməsi üçün London hava limanından uçmağı məsləhət görüb. Londondan Kuala-Lumpura gedən qız Malayziyadan MH17 təyyarəsi ilə Avstraliyanın Melburn şəhərinə enməli idi.

Kuala-Lumpurda MH17 təyyarəsini gözləyən Bek elə oradaca da qardaşından aldığı ismarıcda əslində minməli olduğu təyyarənin terror nəticəsində vurulduğunu öyrənib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm