Ermənilər Kəlbəcəri minalamağa başladı
Bizi izləyin

Nida.az

Ermənilər Kəlbəcəri minalamağa başladı

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərə minalar yerləşdirməyə başlayıb.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib.

Məlumata görə, azərbaycanlıların Kəlbəcərə öz evlərinə baş çəkmək istəyi (erməni tərəfi bunun “diversiya” olduğunu iddia edir) erməni güc strukturlarında zəlzələ effekti yaradıb.

“Kəlbəcərə gedən bütün yollar, eləcə də cəbhə istiqamətindəki ərazilər minalarla örtülür. Azərbaycan tərəfinin addımlarına heç vəchlə imkan verilməyəcək”, - deyə erməni mənbə bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan əslən Qarabağdan olan azərbaycanlıların Kəlbəcərdəki doğma evlərinə getməsindən sonra ərazinin minalanacağı xəbərdarlığını etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm