Bakıda 35 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 35 dərəcə isti olacaq

Azərbaycanda havanın temperaturu 2 dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, külək günün ikinci yarısında mülayimləşəsək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyulun 23-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm