O, Superkubok oyununda olmayacaq
Bizi izləyin

İdman

O, Superkubok oyununda olmayacaq

O, Superkubok oyununda olmayacaq

“Real”ın ulduzu Ronaldo böyük ehtimalla Superkubok oyununda komandasına kömək edə bilməyəcək.

Publika.az xəbər verir ki, Ronaldo yenidən zədələnəcəyindən ehtiyat edir. Ulduz futbolçu hazırda ABŞ-da olan “Real”ın düşərgəsinə iyulun 26-da qoşulacaq. Futbolçu zədəsinin tam sağaldığına əmin olmayınca meydana çıxmaq istəmir.

Klubun həkimləri də futbolçunu meydana buraxmaqla risk etməyi düşünmürlər. Onlar futbolçunu növbəti mövsümün startına qədər tam sağlam vəziyyətə gətirmək istəyirlər.

Qeyd edək ki, “Real”la “Sevilya” arasında keçiriləcək Superkubok qarşılaşması avqustun 12-də baş tutacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm