Qırmızı.az
Bakıda yol polisi sürücüyə əsəbiləşdi və... onu yerə çırpdı - (Foto, Video)
Paytaxtda yol polisinin sürücüyə qarşı davranışı, yəqin, bu mətni oxuyanları da dəhşətə gətirəcək.
2014-cü ildə Azərbaycanda yol polisi sürücünün əmlakını "uff" demədən para-para edir. Buna görə də heç bir etirazla qarşılaşmır. Görüntülər milli.az-ın əməkdaşının avtomobilindəki video-registratora düşüb.
Hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər.
Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaqardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.
Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı?
Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər